17 sentyabr 2012 13:36
Azərbaycan klubu Hollandiya təmsilçisi ilə oyunlarının vaxtını müəyyənləşdirdi
Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubunun CEV Kubokunun 1/16 final mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız bu mərhələdə Hollandiyanın “Slidrext” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Tərəflər arasındakı ilk oyun oktyabrın 23-də keçiriləcək. Həmin görüş Bakıda baş tutacaq. Hollandiyada keçirilməli olan cavab qarşılaşması isə oktyabrın 30-na nəzərdə tutulub.
