16 sentyabr 2012 20:37
Azərbaycan altı oyuna altı qələbə ilə AÇ-2013-ün final mərhələsində! (YENİLƏNİB)
Bu gün Bakı İdman Sarayında qadın voleybolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin C qrupunda ikinci dövrənin 3-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, arenanın meydançasına öncə Avstriya və Finlandiya yığmaları çıxıblar.
Gərgin və maraqlı keçən görüşün sonunda finlər qalib gələn tərəf olublar.
Günün ikinci görüşündə isə yığmamız Belarusla münasibətlərinə aydınlıq gətirib. Əvvəlki iki oyununda olduğu kimi, millimiz Belarusu da Bakıda darmadağın edib.
Xatırladaq ki, bu qrupun Finlandiyada baş tutan ilk dövrə oyunlarında Azərbaycan millisi hər üç görüşdə bu rəqiblərini darmadağın etmişdi. Faiq Qarayevin yetirmələri hazırda yüz faizli göstərici ilə qrupun vahid lideridi.
Voleybol
AÇ-2013-ün seçmə mərhələsi
C qrupu
16 sentyabr
FİNLANDİYA - AVSTRİYA - 3:2 (25:16, 20:25, 18:25, 33:31, 15:5)
AZƏRBAYCAN - BELARUS - 3:0 (31:29, 25:20, 25:19)
Turnir cədvəli: Azərbaycan - 18 xal (18-0), Belarus - 12 (12:8), Finlandiya – 6 (8-14), Avstriya – 0 (2-18).
