15 sentyabr 2012 13:15
Azərreyl məğlubiyyətlə başladı
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Polşada keçirilən beynəlxalq turnirə uğursuz başlayıb. Azerisport.az xəbər verir ki, komandamız ilk görüşünü Moskva “Dinamo”suna qarşı keçirib.
Qarşılaşma Rusiya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk turda həmçinin Serbiyanın “Crvena Zvezda” klubu Polşa “Tauron”una uduzub – 1:3.
