15 sentyabr 2012 11:52
Yığmamız bu gün AÇ-2013-ün final mərhələsinə vəsiqəni təmin edə bilər
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün AÇ-2013-ün final mərhələsinə vəsiqəni təmin edə bilər. Azerisport.az xəbər verir ki, komandamız gələn il Almaniya və İsveçrədə keçiriləcək qitə birinciliyinə vəsiqəni təmin etmək üçün bu gün Bakıda Avstriya yığmasını darmadağın etməlidi.
Qeyd edək ki, AÇ-2013-ün seçmə mərhələsinin ikinci dövrəsinin oyunları Bakıda keçirilir. C qrupunda Avstriya, Belarus və Finlandiya ilə mübarizə aparan təmsilçimiz əvvəlki görüşlərinin hamısında darmadağına imza atıb və vahid liderdi. Doğma meydanda Avstriya üzərində gələcək növbəti zəfər isə Faiq Qarayevin yetirmələrinin ilk hədəfinə çatması üçün yetərli olacaq.
