14 sentyabr 2012 00:14
Milli komandamızın AÇ-dəki oyunlarının təqvimi
Xəbər verdiyimiz kimi, qadınlardan ibarət voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun ikinci dövrəsinin oyunları Bakıda keçiriləcək. Azerisport.az həmin oyunların təqvimini təqdim edir.
Qeyd edək ki, millimiz Avstriya, Belarus və Finlandiya ilə eyni qrupda yer alır. Finlandiyada keçirilən ilk dövrənin oyunlarında yığmamız hər üç görüşdə darmadağına imza ataraq, qrup lideri olmuşdu.
Bakıda keçiriləcək görüşlər 14-16 sentyabr aralığında baş tutacaq:
14 sentyabr
14 sentyabr
16:00. Avstriya – Belarus
18:30. Azərbaycan – Finlandiya
15 sentyabr
16:00. Belarus – Finlandiya
18:30. Avstriya – Azərbaycan
16 sentyabr
16:00. Finlandiya – Avstriya
18:30. Azərbaycan – Belarus
