14 sentyabr 2012 18:26
Azərreylin hazırlıq planında dəyişiklik edildi
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubunun hazırlıq planında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, yeni mövsümdə Çempionlar Liqası və Super Liqa yarışlarında çempionluğu hədəfləyən klub sentyabrın 14-17-də Polşada Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan IV beynəlxalq turnirdə iştirakdan sonra Vətənə qayıtmayacaq.
Baş məşqçi Alessandro Kyappinin yetirmələri həmin yarışdan sonra “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşacaq və ardından yenə beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Voleybolçularımız ilk yarışda Polşanın “Tauron”, Serbiyanın “Srvena Zvezda” və Rusiyanın “Dinamo” (Moskva) klubları ilə oynayacaqları halda, Vrotslavda təşkil olunacaq turnirdə “Dresdner” (Almaniya), “Fənərbaxça” (Türkiyə) və “İmpel” (Polşa) komandaları ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, Bakı təmsilçisinin qüvvəsini sınayacağı ikinci turnir sentyabrın 21-23-də keçiriləcək.
