14 sentyabr 2012 20:00
Azərbaycan Finlandiyanı Bakıda da darmadağın etdi (YENİLƏNİB)
Bu gün Bakı İdman Sarayında qadın voleybolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin C qrupunda ikinci dövrənin ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, arenanın meydançasına öncə Belarus və Avstriya yığmaları çıxıblar.
Qarşılaşma yenə belarusluların qələbəsi ilə başa çatıb. Onlar bu rəqibi Finlandiyada olduğu kimi, Azərbaycanda da darmadağın ediblər.
Günün ikinci görüşündə isə yığmamız Finlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu qrupun Finlandiyada baş tutan ilk dövrə oyunlarında Azərbaycan millisi hər üç görüşdə bu rəqiblərini darmadağın etmişdi.
Voleybol
AÇ-2013-ün seçmə mərhələsi
C qrupu
AVSTRİYA – BELARUS - 0:3 (18:25, 18:25, 13:25)
AZƏRBAYCAN – FİNLANDİYA - 3:0 (25:23, 25:19, 25:20)
Turnir cədvəli: Azərbaycan - 12 xal (12-0), Belarus - 9 (9:4), Finlandiya – 3 (4-9), Avstriya – 0 (0-12).
