12 sentyabr 2012 14:47
Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
Qadın voleybolçular arasında Avropa çempionatının ikinci təsnifat mərhələsinin ikinci dövrəsinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) sentyabrın 14-16-da Bakıda təşkil olunacaq C qrupunun oyunlarını 4 hakimə tapşırıb.
C qrupunda mübarizə aparan Azərbaycan, Finlandiya, Avstriya və Bolqarıstan yığmalarının oyunlarını Katarjina Sokol (Polşa), Nurper Özbar (Türkiyə), Viktor Kozlovski (Ukrayna) və Tiit Köiv (Estoniya) idarə edəcəklər. Onlar günlərdən asılı olaraq, əsas və köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Qeyd edək ki, birinci dövrənin oyunlarından sonra Azərbaycan 9 xalla qrupun vahid lideridi.
