11 sentyabr 2012 17:14
Azərbaycan seçmə mərhələyə Avstriya ilə oyunla start verəcək
Voleybolçu qızlardan ibarət Azərbaycan yğması Avropa çempionatının seçmə turnirinin ikinci mərhələsinə Avstriya ilə oyunla start verəcək. Azerisport.az xəbər verir ki, bu mərhələnin görüşləri sentyabrın 14-16-da Bakıda keçiriləcək.
Yığmamızın Avstriya ilə görüşü ayın 14-də baş tutacaq. Bir gün sonra millimiz Finlandiya ilə üz-üzə gələcək. Sentyabrın 16-da isə Faiq Qarayevin yetirmələri Belarusu məğlub etməyə çalışacaq.
Qeyd edək ki, Azərbaycan Finlandiyada keçirilən ilk mərhələnin görüşlərində bu rəqiblərinin hamısına 3:0 hesabıyla qalib gəlmişdi və qrupun vahid lideridi.
