9 sentyabr 2012 15:07

Almaniya millisinin lideri paytaxt klubunda

Azərbaycan çempionu “Rabitə” mövsümün transfer bombasını partladıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi dünyanın ən yaxşı voleybolçularından olan Angelina Qrünün keçidini həll edib.
 
Tacikistanda anadan olan 33 yaşlı voleybolçu uzun illərdi Almaniya millisinin şərəfini qoruyur. 2000-08-ci illərdə ardıcıl 9 dəfə ölkəsinin ən yaxşı oyunçusu seçilən Qrün Azərbaycana Moskva “Dinamo”sundan gəlib. Ötən ilin dekabrında Rusiya təmsilçisinə keçən voleybolçu bunadək “Essen-Borbek” (1990-96), “Münster” (1996-2001), “Modena” (2001-03), “Foppapedretti” (2003-08), “Vakifbank Günəş Sığorta” (2008/09) və “Alemaniya” (2011) klublarının da şərəfini qoruyub.
 
185 sm boya malik Angelina Bundestimin heyətində Avropa çempionatının gümüş (2011) və bürünc (2003), Qran-Prinin bürünc (2002) mükafatlarını qazanıb.
 
2005 və 2007-ci illərdə Çempionlar Liqasının qalibi, 2006-cı ildə bürünc mükafatçısı olan voleybolçu 2002 və 2004-cü illərdə CEV kubokunu qazanıb. Bundan başqa, hücumçu 1997-ci ildə Almaniya, 2004 və 2006-cı illərdə İtaliya çempionu tituluna yiyələnib.
 
Qrünün kolleksiyasında Almaniya Bundesliqasının 3, Rusiya və İtaliya çempionatlarının hərəsinin 1 gümüş medalı var. Almaniyada 1, İtaliyada 3, Rusiyada 1 dəfə ölkə kubokunun sevincini yaşayan “Rabitə”nin yeni transferi Apennin yarımadasında Superkubok da qazanıb.
 
Qrün Çempionlar Liqasının “Dördlər finalı”nın 2006-cı ildə topu oyuna daxil etmədə ən yaxşısı, 1 il sonra isə ən dəyərli oyunçusu seçilib. 2007-ci ildə Qran-Prinin seçmə mərhələsinin ən yaxşı hücumçusu və ən dəyərli voleybolçusu adına layiq görülən Angelina Avro-2011-də ən yaxşı top qəbuledici nominasiyasının qalibi olub. Rusiya çempionatının və kubokun “Dördlər finalı”nın ən dəyərli oyunçusu adına da məhz “Rabitə”nin yeni transferi layiq görülüb.
 
Voleybolçu ilə son mövsümdə oynadığı Moskva “Dinamo”su, həmçinin Kazanın eyniadlı komandası və “Azərreyl” danışıqlar aparsa da, almaniyalı seçimində dünya çempionuna üstünlük verib. O, “Rabitə” ilə 1 illik anlaşmaya imza atıb. Bununla, “Arzuların komandası” (Dream Team) tam formalaşıb.
 
Qeyd edək ki, “Rabitə” Qründən öncə ötən ilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç (hamısı Serbiya), Dobriana Rabadjiyeva (Bolqarıstan), İrina Jukova (Ukrayna) ilə müqaviləni təzələmiş, Katarzina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ), Suzana Sebiç (Serbiya), Aurea Kruz (Puerto-Riko), Madeleyne Montano (Kolumbiya), Yekaterina Zakrevskaya (Belarus) və Aleksandra Fomina (Ukrayna) ilə yeni anlaşma imzalamışdı.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub