9 sentyabr 2012 20:30
Millimiz meydan sahiblərinə də divan tutdu (YENİLƏNİB)
Bu gün Finlandiyada voleybol üzrə Avropa çempionatının seçmə mərhələsinin C qrupunda növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu gün üçüncü oyununa çıxıb.
Faiq Qarayevin yetirmələri bu dəfə qrupumuzun oyunlarına ev sahibliyi edən Finlandiya ilə üz-üzə gəlib. Hansı ki, bu komanda ilk turda Belarusa 1:3 hesabıyla uduzsa da, ardından Avstriyanı darmadağın etmişdi – 3:0. Komandamız isə əvvəlki oyunlarında Avstriya və Belarus üzərində darmadağına sevinmişdi – 3:0. Voleybolçularımız eyni aqibəti meydan sahiblərinə də yaşadıblar.
Qeyd edək ki, yığmamızın yer aldığı C qrupunda bu gün həm də Belarus ilə Avstriya üz-üzə gəlib. Belarus darmadağına sevinib.
Voleybol
AÇ-2013-ün seçmə mərhələsi
C qrupu
FİNLANDİYA – AZƏRBAYCAN - 0:3 (20:25, 12:25, 11:25)
Turnir cədvəli: Azərbaycan - 9 xal (9-0), Belarus - 6 (6:4), Finlandiya – 3 (4-6), Avstriya – 0 (0-9).
