9 sentyabr 2012 01:10
Finlandiya Azərbaycanı vahid lider etdi
Voleybol üzrə Azərbaycan yığmasının AÇ-2013-ün seçmə mərhələsindəki rəqibləri növbəti oyunlarını keçiriblər. Azerisport.az xəbər verir ki, millimizlə birgə C qrupunda yer alan Avstriya Finlandiya ilə qarşılaşıb.
Bu qrupun oyunlarına ev sahibliyi edən Finlandiya doğma meydan amilindən maksimum yararlanıb. Belə ki, qarşılaşma finlərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, yığmamız da ikinci turda qələbə qazanıb. Faiq Qarayevin yetirmələri Avstriyanın ardınca Belarusu darmadağın edib – 3:0. Beləcə, yığmamız iki turdan sonra qrupun vahid liderlidi.
Turnir cədvəli: Azərbaycan - 6 xal (6-0), Finlandiya – 3 (4-3), Belarus – 3 (3-4), Avstriya – 0 (0-6).
