8 sentyabr 2012 18:25
Azərbaycan Belarusa da divan tutdu (YENİLƏNİB)
Bu gün Finlandiyada voleybol üzrə Avropa çempionatının seçmə mərhələsinin C qrupunda növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da bu gün ikinci oyununa çıxıb.
Faiq Qarayevin yetirmələri bu dəfə Belarusla üz-üzə gəliblər. Hansı ki, bu komanda ilk turda meydan sahibləri olan Finlandiya üzərində 3:1 hesablı qələbəyə sevinmişdi – 3:1. Komandamız isə Avstriya üzərində darmadağına sevinmişdi – 3:0.
Bu oyunda da yığmamız rəqibinə heç bir şans yeri qoymayıb. Voleybolçularımız 3:0 hesabıyla qalib gəliblər və qrupda vahid liderliyi ələ keçiriblə.
Qeyd edək ki, yığmamızın yer aldığı C qrupunda bu gün həm də meydan sahibləri Finlandiya ilə Avstriya üz-üzə gələcək.
Voleybol
AÇ-2013-ün seçmə mərhələsi
C qrupu
AZƏRBAYCAN – BELARUS - 3:0 (25:13, 25:21, 25:11)
Turnir cədvəli: Azərbaycan - 6 xal (6-0), Belarus – 3 (3-4), Finlandiya – 0 (1-3), Avstriya – 0 (0-3)
