8 sentyabr 2012 01:23
Azərbaycan AÇ-nin seçmə mərhələsində liderliyi ələ aldı
Voleybol üzrə Azərbaycan yığmasının AÇ-2013-ün seçmə mərhələsindəki rəqibləri ilk oyunlarını keçiriblər. Azerisport.az xəbər verir ki, millimizlə birgə C qrupunda yer alan Belarus Finlandiya ilə qarşılaşıb.
Bu qrupun oyunlarına Finlandiya ev sahibliyi etsə də, doğma meydan amili bu komandaya kömək etməyib. Belə ki, qarşılaşma Belarusun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, yığmamız da ilk turda qələbə qazanıb. Faiq Qarayevin yetirmələri Avstriyanı darmadağın edib – 3:0. Beləcə, yığmamız ilk turdan sonra qrupun liderliyini ələ keçirib.
Turnir cədvəli: Azərbaycan - 3 xal (3-0), Belarus – 3 (1-3), Finlandiya – 0 (1-3), Avstriya – 0 (0-3)
