5 sentyabr 2012 00:07
Azərbaycan çempionatına yekun vuruldu
Voleybol üzrə yeniyetmə oğlanlar (1998-1999-cu il təvəllüdlü) arasında Azərbaycan çempionatının final oyunu keçirilib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, 8 komandanın mübarizə apardığı çempionat Balakən rayonunun İdman Zalında keçirilib.
Azerisport.az xəbər verir ki, çempionatda ilk üç pilləni “Masallı”, “Gədəbəy” və “Şirvan” komandaları tutub. Kişilər arasında Yüksək liqa yarışları da keçirilib. Doqquz komandanın mübarizə apardığı Azərbaycan çempionatında “Neftçi Bakı” qızıl, “Naxçıvan” gümüş, “Sərhədçi Bakı” isə bürünc medal qazanıblar.
