4 sentyabr 2012 15:36
Yığmamız Beşiktaş üzərində qələbəyə sevindi
Voleybol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar ərəfəsində daha bir sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, hazırda Türkiyədə olan Faiq Qarayevin yetirmələri İstanbulda “Beşiktaş”la üz-üzə gəliblər.
Görüş yığmamızın qələbəsi ilə başa çatıb. Qızlarımız 3:0 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, bu komandalar arasında daha bir görüşün keçirilməsi planlaşdırılır. Məhz həmin oyundan dərhal sonra millimiz Finlandiyaya yola düşəcək. Hansı ki, seçmə mərhələnin oyunları məhz bu ölkədə keçiriləcək.
