3 sentyabr 2012 14:06
Rabitənin DÇ-dəki rəqibləri bəlli oldu
Azərbaycanın “Rabitə” voleybol klubu dünya çempionatının qrup mərhələsindəki rəqiblərini tanıyıb. Azerisport.az xəbər verir ki, Qətərin Doha şəhərində keçiriləcək turnirdə Azərbaycan təmsilçisinin bir rəqibi Çinin “Bohay Bank” klubu olacaq.
Digər rəqib isə Cənubi Amerika təmsilçisi olmalıdı. Həmin klubun adı Braziliyada keçiriləcək Cənubi Amerika klub çempionatının başa çatmasından sonra bəlli olacaq.
Digər qrupda isə Türkiyənin “Fenerbahçe”, Keniyanın “Keniya Praysonz” və Puerto Rikanın “Lançeras” klubları çıxış edəcək.
Qeyd edək ki, klublararası dünya çempionatı oktyabrın 8-dən 14-dək keçiriləcək.
