2 sentyabr 2012 14:26
Azərbaycan millisi İstanbula yollandı
Voleybol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, komandamız hazırlığın növbəti mərhələsini İstanbulda həyata keçirəcək.
Artıq Faiq Qarayevin rəhbərlik etdiyi millimiz bu məqsədlə qardaş ölkəyə yola düşüb. Millimiz burda bir yoldaşlıq görüşündə də qüvvəsini sınayacaq. Rəqibin “Beşiktaş” klubu olması gözlənilir.
Sentyabrın 5-də isə Azərbaycan yığması təsnifat mərhələsinin oyunlarının keçiriləcəyi Finlandiyaya yola düşəcək. Qarayevin yetirmələri təsnifat mərhələsində Belarus, Avstriya və Finlandiya ilə mübarizə aparacaq.
