1 sentyabr 2012 16:24
Yığmamız Uraloçkanı məğlub yola saldı
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, millimiz ölkəmizə təlim-məşq toplanışı üçün gəlmiş Rusiyanın “Uraloçka” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sentyabrın 2-dək Bakıda olacaq “Uraloçka” ilə dördüncü görüş yığmamızın qələbəsi ilə başa çatıb. Faiq Qarayevin yetirmələri bu dəfə 3:2 hesabıyla qələbə qazanıb.
Qeyd edək ki, bundan öncə keçirilən ilk üç qarşılaşmadan birincisində də yığmamız 3:1 üstün olmuşdi. Amma növbəti görüşlərdə komandamız 2:3 və 1:3 hesabıyla yenilmişdi.
