31 avqust 2012 14:02
Paytaxt klubunda yeni kapitan
Serbiya voleybolçusu Mira Qoluboviç Azərbaycanın “Rabitə” klubunun kapitanı təyin olunub. Azerisport.az xəbər verir ki, o, bu vəzifəyə klubdaxili səsvermənin yekunlarına əsasən seçilib.
Xatırladırıq ki, keçən mövsümdə “rabitəçilərin” kapitanı Natalya Məmmədova olmuşdu. Hazırda o, Rusiyanın “Omiçka” komandasında çıxış edir.
