30 avqust 2012 03:08
Yığmamız daha iki sınaq matçı keçirəcək
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası daha iki yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz təlim-məşq toplanışı üçün ölkəmizə gəlmiş Rusiyanın “Uraloçka” klubu ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
Sentyabrın 2-dək Bakıda olacaq “Uraloçka” ilə növbəti görüşlərdən biri avqustun 31-də baş tutacaq. Sonuncu qarşılaşma isə sentyabrın 1-nə təsadüf edəcək.
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri artıq bu rəqiblə iki görüş keçirib. İlk oyunda 3:1 hesabıyla üstün olan voleybolçularımız ikinci qarşılaşmada 2:3 hesabıyla məğlub olublar.
