30 avqust 2012 02:17
Azərbaycan millisində yeni baş məşqçi
Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasında yeni təyinat gerçəkləşib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis Yuri Skvortsov millimizin baş məşqçisi təyin olunub.
Qeyd edək ki, onun qarşısına gələcəyin komandasını yaratmaq vəzifəsi qoyulub. Bir sözlə, ukraynalı məşqçi daha çox gənclərdən ibarət komanda formalaşdıracaq. O, həm də seleksiya işlərinə nəzarət edəcək.
Maraq üçün xatırladaq ki, Skvortsov əvvəllər Xarkov “Lokomotiv”ində çalışıb.
