29 avqust 2012 21:05
Azərbaycan yığması Uraloçka ilə dueldən məğlub ayrıldı
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, millimiz ölkəmizə təlim-məşq toplanışı üçün gəlmiş Rusiyanın “Uraloçka” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sentyabrın 2-dək Bakıda olacaq “Uraloçka” ilə ikinci görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb. Faiq Qarayevin yetirmələri 2:3 hesabıyla məğlub olub.
Qeyd edək ki, bundan bir gün öncə keçirilən ilk qarşılaşmada yığmamız 3:1 üstün olmuşdu. Millimizin baş məşqçisi cavab görüşündə eksperimental heyətə şans verib.
