29 avqust 2012 16:52
Lokomotivin rəqibinin baş məşqçisi vəfat etdi
Rusiyanın voleybol üzrə “Dinamo” (Moskva) klubunun baş məşqçisi Sergey Ovçinnikov vəfat edib. Azerisport.az xəbər verir ki, o, ömrünün 44-cü ilində dünyasını dəyişib.
O, komandasının Xorvatiyadakı təlim-məşq toplanışı zamanı həyatını itirib. Nə qədər qəribə olsa da, Rusiyanın voleybol yığmasının çalışdırıcısı Vladimir Kuzyutkin bəyan edib ki, Ovçinnikov özünə qəsd edib. Buna isə məhz Ovçinnikovun rəhbərlik etdiyi yığma komandanın London Olimpiadasındakı uğursuz çıxışı səbəb göstərilir.
Qeyd edək ki, Moskva “Dinamo”su Azərbaycanın “Lokomotiv” klubunun Çempionlar Liqasındakı rəqibidi.
