29 avqust 2012 14:01
Yığmamız bu gün Rusiya klubu ilə daha bir görüş keçirəcək
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası bu gün daha bir yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz ölkəmizə təlim-məşq toplanışı üçün gəlmiş Rusiyanın “Uraloçka” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, sentyabrın 2-dək Bakıda olacaq “Uraloçka” ötən gün artıq yığmamızla ilk görüşünü keçirib. Faiq Qarayevin yetirmələri həmin qarşılaşmada 3:1 hesabıyla üstün olmuşdular.
