28 avqust 2012 22:31
Azərbaycan millisi Uraloçka üzərində qələbəyə sevindi
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, millimiz ölkəmizə təlim-məşq toplanışı üçün gəlmiş Rusiyanın “Uraloçka” klubu ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayıb.
Sentyabrın 2-dək Bakıda olacaq “Uraloçka” ilə ilk görüş yığmamızın qələbəsi ilə başa çatıb. Faiq Qarayevin yetirmələri 3:1 hesablı qələbəyə sevinib.
