28 avqust 2012 19:32
Azərbaycan millisi Rusiya klubu ilə qarşılaşacaq
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası daha bir neçə yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz ölkəmizə təlim-məşq toplanışı üçün gəlmiş Rusiyanın “Uraloçka” klubu ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
Sentyabrın 2-dək Bakıda olacaq “Uraloçka” ilk görüşünü avqustun 27-də keçirəcək.
