28 avqust 2012 18:21
Azərbaycan AÇ-2013-ün seçmə mərhələsindəki rəqiblərini tanıdı
Voleybol üzrə Azərbaycanın 18 yaşadək qızlardan ibarət yığmasının AÇ-2013-ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamızın bəxtinə İspaniya, Yunanıstan, Fransa, Danimarka və Finlandiya düşüb.
Qeyd edək ki, qrupumuzun oyunları Yunanıstanda keçiriləcək. Qarşılaşmalar gələn ilin yanvar ayında baş tutacaq.
