27 avqust 2012 12:50
Azərbaycan təmsilçisi üçün Bolqarıstanda təlim-məşq toplanışı və beynəlxalq turnir
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası bu gün - avqustun 27-də Bolqarıstana yola düşür. Azerisport.az xəbər verir ki, Bolqarıstanda təlim-məşq toplanışı keçəcək “Lokomotiv” Varna şəhərində təşkil olunacaq beynəlxalq turnirdə də iştirak edəcək.
Qeyd edək ki, Çellenc Kubokunun qalibi “Lokomotiv” yeni mövsümdə Çempionlar Liqası yarışlarında debüt edəcək.
