23 avqust 2012 02:01
Paytaxt klubundan italiyalı transfer (FOTO)
Bakının qadınlardan ibarət “Rabitə” voleybol komandası növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, dünya ulduzlarını bir-bir heyətinə qatan paytaxt təmsilçisi bu dəfə italiyalı toppaylayıcı Françeska Coqolinin keçidini həll edib.
29 yaşlı voleybolçu ilə bir illik müqavilə imzalanıb. Coqoli “Rabitə”nin ikinci komandasında forma geyinəcək. Onun komandaya transferi isə əsas heyəti sığortalamaq və əvəzedicilərdə yer alacaq gənclərlə təcrübəsini bölüşməkdi.
Qeyd edək ki, Coqoli “Rabitə”nin şərəfini qoruyacaq ilk italiyalı voleybolçudu.
