21 avqust 2012 00:47
Azərreyl beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın qadınlardan ibarət “Azərreyl” voleybol klubu Polşa voleybolçusu Aqata Mrozun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, yarış sentyabrın 14-dən 16-dək Polşada keçiriləcək.
Turnirdə Polşanın “Tauron”, Serbiyanın “Crvena Zvezda” və Moskvanın “Dinamo” klubları iştirak edəcəklər.
Voleybolçularımız sentyabrın 19-da İstanbulun “Fenerbahçe” klubu ilə yoldaşlıq görüşündə də qüvvələrini sınayacaqlar.
