18 avqust 2012 12:05
Azərbaycan yığmasının rəqibi heyətini açıqladı
Qadın voleybolçulardan ibarət Belarus millisi Avropa çempionatının təsnifat mərhələsi üçün heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının rəqibi iştirak ərizəsinə 18 oyunçunun adını daxil edib.
Rəqibin heyətində Olqa Palçevskaya, Viktoriya Qurova, Natalya Tsupranova, Vera Klimoviç, Anna Şevçenko, Anjelika Boriseviç, Qalina Karşakeviç, Anna Kalinovskaya, Tatyana Markeviç, Anastasiya Qarelik, Nedejda Molosay, Marina Tumas, Alina İlyuta, Kristina Mixaylenko, Yuliya Markovskaya, Tatyana Serik, Kristina Zakrevskaya və Olqa Pavlyukovskaya yer alıblar.
Qeyd edək ki, ikinci təsnifat mərhələsində C qrupunda Azərbaycan və Belarusla yanaşı, Avstriya ilə Finlandiya da mübarizə aparacaq. İlk dövrəyə sentyabrın 7-də start veriləcək.
