17 avqust 2012 13:54
Millimizin iki üzvü paytaxt klubu ilə müqavilə bağladı
“Azəryolservis” növbəti transferlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının bazasına çevrilən Bakı təmsilçisi daha 2 yerli voleybolçu ilə müqavilə imzalayıb.
Bunlar ötən ildə də “Azəryolservis”in uğurları üçün çalışmış Aynur Kərimova və Oksana Kiselyovadı. Onların hər ikisi ilə daha 1 illik razılıq əldə olunub.
Qeyd edək ki, Super Liqada ikinci mövsümünü keçirəcək “Azəryolservis” daha öncə Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Vendula Adlerova (Çexiya) və Tamas Cenefferlə (ABŞ) müqavilə bağlamışdı.
