15 avqust 2012 00:39
Azərbaycan yığması Slovakiya ilə qarşılaşacaq
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri artıq Latviya toplanışını başa vuraraq, vətənə dönüblər.
Hazırlıqları Bakıda davam etdirən voleybolçularımız indi də Slovakiya ilə görüşə hazırlaşırlar. Komandamız məşqlərini də slovakiyalılarla birgə həyata keçirəcəklər. Millimizin növbəti tsikl üçün yekun heyəti, eləcə də taktiki sxemləri də məhz bu toplanış və sınaq matçı zamanı müəyyənləşəcək.
