29 iyul 2012 01:06
Neftçi Azərbaycan çempionu oldu
İyulun 28-də çimərlik voleybolu üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda 11 oğlan və 12 qız komandası mübarizə aparıb.
Qızlar arasında “Azəryolservis-1” komandası yarışın qalibi olub. “Azərreyl-2” komandası gümüş, “Azərreyl-3” kollektivi isə bürünc medal qazanıb.
Oğlanların mübarizəsində “Neftçi” komandasının voleybolçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. “Sərhədçi” ikinci, AZTU isə üçüncü olub.
