10 iyul 2012 16:39
Azərbaycan yığması dünya reytinqində 36-cı sırada
Voleybolçu qadınlardan ibarət yığmaların yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində hazırda 36-cı pillədə qərarlaşıb.
Faiq Qarayevin rəhbərlik etdiyi komandamızın hesabında 14,25 xal var.
Komandamızın Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Belarus 38-ci, Finlandiya 62-ci, Avstriya isə 83-cüdü.
Siyahıya 245 xala malik ABŞ yığması rəhbərlik edir.
