30 iyun 2012 00:01
Klublarımızın rəqibləri bəlli oldu (YENİLƏNİB)
Vyanada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, ÇL-in 2012/13 mövsümündə çıxış edəcək Azərbaycan klubları da rəqiblərini tanıyıblar.
Qeyd edək ki, Azərbaycan ÇLpin qarşıdakı mövsümündə üç komanda ilə təmsil olunacaq. Bunlar son ölkə çempionu “Rabitə”, eləcə də “Azərreyl” və “Lokomotiv” klublarıdı. Ölkə çempionu "Rabitə" İtaliya, Polşa və Çexiya klubları ilə eyni qrupa düşüb. "Azərreyl" Türkiyə, Fransa və Almaniya təmsilçilərinə qarşı mübarizə aparacaq. "Lokomotiv" isə ÇL-dəki debüt mövsümündə Rusiya, Rumıniya və Polşa klubları ilə eyni qrupda yer alıb.
Maraq üçün onu da vurğulayaq ki, Azərbaycan ilk dəfə qitənin ən nüfuzlu klub turnirində üç komanda ilə təmsil olunacaq.
Potensial rəqiblərimizin siyahısı isə belə idi:
“Yamamay”, “Villa-Korteze”, “Urbino” (hamısı İtaliya), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Uraloçka” (hamısı Rusiya), “Atom”, “Tauron”, “Fakro” (hamısı Polşa), “Eczaçıbaşı”, “Vakıfbank”, “Galatasaray” (hamısı Türkiyə), “Kann”, “Mulhauz” (hər ikisi Fransa), “Şveriner”, “Dresdner” (hər ikisi Almaniya), “Tomis”, “Dinamo” (Buxarest, hər ikisi Rumıniya), “Crvena Zvezda” (Serbiya), “Prosteyov” (Çexiya), “Volero” (İsveçrə).
Püşk nəticəsində bu komandalar aşağıdakı kimi qruplara bölünüblər:
A qrupu
Vakıfbank
Kann
Volero
Uraloçka
B qrupu
Villa-Korteze
Atom
RABİTƏ
Prosteyov
C qrupu
Yamamay
Crvena Zvezda
Dinamo (Buxarest)
Galatasaray
D qrupu
Eczaçıbaşı
Mulhauz
Dresdner
AZƏRREYL
I qrupu
Dinamo (Kazan)
Tauron
Şveriner
Urbino
F qrupu
Dinamo (Moskva)
Tomis
LOKOMOTİV
Fakro
