28 iyun 2012 15:54
Azərbaycan klublarının rəqibləri sabah bəlli olacaq
Sabah Vyanada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, ÇL-in 2012/13 mövsümündə çıxış edəcək Azərbaycan klublarının da rəqibləri bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan ÇLpin qarşıdakı mövsümündə üç komanda ilə təmsil olunacaq. Bunlar son ölkə çempionu “Rabitə”, eləcə də “Azərreyl” və “Lokomotiv” klublarıdı.
Maraq üçün onu da vurğulayaq ki, Azərbaycan ilk dəfə qitənin ən nüfuzlu klub turnirində üç komanda ilə təmsil olunacaq.
