13 iyun 2012 13:14

Daha bir hakimimiz beynəlxalq dərəcə aldı

Azərbaycan Voleybol Federasiyasında Hakimlər Kollegiyasının iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Faiq Qarayev, Elşən İsmayılov və vitse-prezidentlər də iştirak ediblər.
 
İclasda 2011-2012-ci il mövsümündə ölkə çempionatında və Avropa yarışlarında hakimlik edən hakimlərimizin illik statistikası təqdim olunub. Statistikaya əsasən I, II, III  yerləri Eldar Zülfüqarov, Vüqar Cəfərov və Murad Əbdürahmanzadə tutublar.
 
Bundan əlavə iclasda Azərbaycan Voleybol Federasiyası Hakimlər Kollegiyasının iclasının Gündəliyi təqdim olunub:
 
Hakimlər Kollegiyasının iclasının Gündəliyi:
1. 2011/2012 il mövsümü üzrə Beynəlxalq, Azərbaycan Çempionatı (Super Liqa, Əvəzedici Heyət, Birinci Liqa) yarışlarında hakimlik işlərinin yekunları
2. 2011/2012 il mövsümünün yekunlarına görəən yaxşı hakimin müəyyən edilməsi və Vüqar Cəfərova “Beynəlxalq dərəcəli hakim” adının verilməsi
3. 2012/2013 il mövsümüərəfəsində hakimlərin respublika seminarının keçirilməsi
4. Hakimlərə müvafiq dərəcələrin verilməsi, onların qeydiyyatı və siyahıların müəyyənləşdirilməsi
 
Hakimlər Kollegiyasının iclasının sonunda Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Vüqar Cəfərova Beynəlxalq Voleybol Fedrasiyasının “Beynəlxalq dərəcəli Hakim” sertifikatını təqdim edib.
 
Beləliklə Beynəlxalq dərəcəli Hakimlərimizin sayı 4-ə yüksəlib. Qeyd edək ki, 2005-ci ildən Eldar Zülfüqarov, Eldar Əliyev, 2011-ci ildən Konstantin Selin də beynəlxalq dərəcəli hakim hesab olunurdu.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub