12 iyun 2012 13:20
Polşalı fanatlar Azərbaycan bayrağını qaldırdılar (VİDEO)
Polşanın voleybol üzrə “Atom” klubunun azarkeşləri komandanın sabiq baş məşqçisi Alessandro Kyappiniyə dəstək nümayiş etdiriblər. Azerisport.az xəbər verir ki, onlar bundan sonra Azərbaycanın “Azərreyl” klubunda çalışacaq mütəxəssisə ölkəmizdə uğurlar arzulayıblar.
Bu məqsədlə “Atom”lu azarkeşlər Polşada keçirilən Qran-pri zamanı tribunada Azərbaycan bayrağını da qaldırıblar. Hansı ki, onların bu addımı Kyappini üçün də gözlənilməz olub.
