8 iyun 2012 00:38
Paytaxt klubunda yeni baş məşqçi
Çempionlar Liqasında debüt edəcək Azərbaycanın "Lokomotiv" voleybol klubu yeni baş məşqçisi Pyotr Xilko ilə rəsmi müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, 2012/2013 mövsümündə Bakı təmsilçisini çalışdıracaq belaruslu mütəxəssislə 1 illik razılaşma əldə olunub. O, komandanı qələbələrə daşıyacağı halda, müqavilənin müddəti uzadıla bilər.
Yeni baş məşqçinin qarşısına şərt kimi Çempionlar Liqasında uğurlu çıxış və Azərbaycan Super Liqasında yenə mükafatçılar sırasına düşmək qoyulub.
Qeyd edək ki, 47 yaşlı Xilko son ildə Rusiyanın "Avtador-Metara" komandasında işləyib. Yeni mövsüm üçün ilk müqaviləsini rəsmiləşdirən "Lokomotiv" hələ heç bir voleybolçu ilə anlaşmayıb.
