7 iyun 2012 16:54
Bakı Sloveniya, İqtisadçı Hollandiya klubuna rəqib oldu
Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında CEV kubokunun 2012/2013 mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edəcək “Bakı” və “İqtisadçı”nın da rəqibləri bilinib.
Belə ki, püşkün nəticəsinə əsasən “Bakı” Sloveniyanın “Maribor” klubu ilə düşüb. İlk oyunu evdə keçirəcək komandamız mərhələ adlayacağı halda “Rote Raben” (Almaniya) – “Minatori” (Albaniya) cütünün qalibi ilə üzləşəcək.
“İqtisadçı” isə Hollandiya təmsilçisi “Sledrext”lə düşüb. Təmsilçimiz mərhələ adlasa, daha çətin sınaq qarşısında qalacaq. Komandamıza “Yedinstvo” (Bosniya və Herseqovina) – “Omiçka” (Rusiya) cütünün qalibi rəqib olacaq.
Qeyd edək ki, hər 2 komandamız mübarizəyə ilk mərhələdən – 1/16 finaldan başlayacaq. İlk oyunlar bu ilin oktyabrın 23-25-i, cavab matçları isə 1 həftə sonra keçiriləcək.
