28 may 2012 12:16
Azərbaycan çempionu yenə dünya çempionatında!
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” klubu bu mövsüm ölkəmizi Çempionlar Liqası ilə yanaşı daha bir mötəbər turnirdə təmsil edəcək. Azerisport.az xəbər verir ki, bu, klublar arasında təşkil olunan dünya çempionatıdı.
Beynəlxalq Voleybol Federasiyası bu dəfə də Azərbaycan çempionuna belə bir fürsət yaratmaq qərarına gəlib. Maraq üçün xatırladaq ki, “Rabitə” ötən il ilk dəfə bu mötəbər turnirdə iştirak hüququ qazanmışdı. Həmin vaxt bütün rəqiblərindən güclü çıxan təmsilçimiz dünya çempionu adına yiyələnmişdi.
Qarşıdakı DÇ-də Avropa “Rabitə” ilə yanaşı “Fenerbahçe” (Türkiyə) və “Kann” (Fransa) ilə təmsil olunacaq.
