22 may 2012 13:27
Azərbaycan Çempionlar Liqasında 3 klubla təmsil olunacaq
Voleybolçu qadınlardan ibarət klublar arasında keçirilən Çempionlar Liqasının növbəti mövsümündə Azərbaycanın üç təmsilçisi olacaq. Azerisport.az xəbər verir ki, son ölkə çempionu “Rabitə” ilə yanaşı ölkəmizi bu nüfuzlu turnirdə “Azərreyl” və “Lokomotiv” də təmsil edəcək.
Qeyd edək ki, bu, Azərbaycan voleybolu tarixində ilk belə hadisədi. Azərbaycanın üç klubu ilə yanaşı ÇL-in növbəti mövsümündə aşağıdakı komandalar iştirak edəcəklər:
“Yamamay”, “Villa-Korteze”, “Urbino” (hamısı İtaliya), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Uraloçka” (hamısı Rusiya), “Atom”, “Tauron”, “Fakro” (hamısı Polşa), “Eczaçıbaşı”, “Vakıfbank”, “Galatasaray” (hamısı Türkiyə), “Kann”, “Mulhauz” (hər ikisi Fransa), “Şveriner”, “Dresdner” (hər ikisi Almaniya), “Tomis”, “Dinamo” (Buxarest, hər ikisi Rumıniya), “Crvena Zvezda” (Serbiya), “Prosteyov” (Çexiya), “Volero” (İsveçrə).
Qeyd edək ki, ÇL-in 2012/13 mövsümünün püşkatması iyulun əvvəlində Vyanada keçiriləcək.
