19 may 2012 01:17
Millimizin üzvü Rusiya klubunda
Azərbaycan milli komandasının və “Rabitə”nin voleybolçusu Natalya Məmmədova karyerasını yenidən Rusiyada davam etdirəcək. Azerisport.az xəbər verir ki, milli voleybolçumuz “Omiçka” ilə ilkin razılıq əldə edib.
Tərəflər arasında müqavilə iyunda bağlanacaq. 27 yaşlı voleybolçumuz əvvəllər Rusiyanın “Zareçye-Odintsovo” (2002-2003) və “Dinamo Krasnodar” (2009-2010) komandalarında da oynayıb.
Qeyd edək ki, Natalya Məmmədova “Rabitə”nin heyətində klublararası dünya çempionatının qalibi olub. Çempionlar Liqasında bir oyunda yığılan xallar rekordu (47 xal) da məhz ona məxsusdu.
