16 may 2012 00:43
ABŞ yığmasının üzvü Bakı klubunda!
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu ilk transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi ABŞ millisinin üzvü Meqan Hoc ilə 1 illik müqavilə imzalayıb.
Voleybolçu Polşanın “Atom” komandasından transfer olunub. Hoc bunadək “Penn State University” (ABŞ, 2006-2009), “Kriollas de Kaquas” (Kuba, 2010) və “Villa Kortese” (İtaliya, 2010-2011) komandalarının da şərəfini qoruyub. O, bu klubların heyətində 3 dəfə ABŞ, 1 dəfə Polşa çempionatının qalibi olub. Voleybolçu 2010/2011-ci il mövsümündə İtaliya kubokunu baş üzərinə qaldırıb və bu ölkə çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, M.Hoc son mövsümü “Azərreyl”in hazırkı baş məşqçisi Alessandro Kyappininin rəhbərliyi altında keçirib və Çempionlar Liqası yarışlarının pley-off matçlarında Bakının “Rabitə” klubuna qarşı oynayıb.
