24 aprel 2012 00:16
Hollandiya yığmasında iki “azərbaycanlı”
Qadın voleybolçular arasında Hollandiya milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, mayın 1-dən 6-dək Türkiyədə keçiriləcək Avropa Olimpiya təsnifat turniri üçün müəyyənləşən siyahıda Azərbaycan Super Liqasında oynamış iki voleybolçu da var.
Bunlar “Bakı”nın şərəfini qoruyan Yannike van Tienen və Quinta Stenbergendi.
Qeyd edək ki, paytaxtın eyni adlı təmsilçisinin digər voleybolçusu İnqrid Visser yığmadan imtina etsə də, həmişə komandada yer alan “İqtisadçı”nın üzvü Alisa Blom milliyə çağırılmayıb.
