19 aprel 2012 00:05
Azərbaycan klubunun oyunçusu Braziliya yığmasında
Braziliyanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Ze Roberto Mayın 9-13-ü aralığında London Olimpiadasına lisenziya xarakterli turnirdə çıxış edəcək komandanın heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, iştirak ərizəsinə Bakının “İqtisadçı” klubunun oyunçusu Fernandinya da daxil edilib. Qeyd edək ki, turnirdə Braziliyanın rəqibləri Argentina, Çili, Peru, Kolumbiya və Uruqvay yığmaları olacaq.
