Dinamo Azərreyl oyunçusunu ÇL-də müşahidə edib
Azerisport.az xəbər verir ki, voleybol üzrə ABŞ yığmasının üzvü Hizer Boun “Azərreyl” klubunu tərk edib və yeni mövsümü Rusiya superliqasında keçirəcək. Voleybolçu Rusiya çempionu Kazan “Dinamo”su ilə birillik müqavilə bağlayıb. 33 yaşlı Boun üçün peşəkar karyerası boyunca Rusiya dördüncü ölkə, “Dinamo” isə doqquzuncu klubdur.
“Dinamo” təmsilçiləri Bounu Azərbaycanda oynadığı müddətdə diqqətlə müşahidə ediblər. “Dinamo”nun baş məşqçisi Rişat Qilyazutdinov bu haqda bildirib: “Hizer təcrübəli oyunçudur. O, bizə çətin mövsümdə yardımçı olacaq. Biz bilərəkdən yığma səviyyəli amerikalıları diqqətdə saxlamışdıq. Üç il heyətimizdə özünü yaxşı tərəfdən göstərmiş Larson çıxış edib. Seçim edərkən biz, soraqlaşıb məlumat toplamışıq. Boun növbəti mövsümdə ən yüksək tapşırıqlar almış heyətə asan yəqin ki asanlıqla uyğunlaşacaq”.
