14 aprel 2012 19:05
Rabitə - çempion!
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin doqquzuncu turunda da iki görüş baş tutub.
Günün ilk oyununda son ölkə çempionu “Rabitə” və “Bakı” qarşılaşıb. “Rabitəçilər” bu oyunda da qələbə qazanaraq, sona bir tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib.
Günün ikinci oyununda isə “Lokomotiv” “İqtisadçı” ilə üz-üzə gəlib. Bu görüşdə də “dəmiryolçular” üstün olublar və gümüş medalları özləri üçün təmin ediblər.
Qeyd edək ki, bu turda finalın 5-ci iştirakçısı “Azərreyl” istirahət edib.
Super Liqa
Final mərhələsi
9-cu tur
14 aprel
Rabitə - Bakı - 3:0 (25:15, 25:17, 25:15)
İqtisadçı – Lokomotiv - 0:3 (20:25, 26:28, 19:25)
Turnir cədvəli: Rabitə - 18 xal (7 oyun, 19-5), Lokomotiv - 12 (8, 13-13), Bakı - 9 (7, 9-13), İqtisadçı - 8 (7, 11-16), Azərreyl - 7 (7, 11-16).
